Onkoloji xəstələrin sayı 20 ildə 79 faiz artıb

MARAQLI
19:58 / 07.09.2023
621

Erkən başlayan (50 yaşdan aşağı) xərçəngə tutulma halları 20 ildə 79 faiz artıb.

Hit.az xəbər verir ki, 1990-cı ildə xərçəng olanların sayı 1,82 milyon idisə, 2019-cu ildə bu rəqəm 3,26 milyona yüksəlib.

Bu dövrdə 40, 30 və daha gənc yaşlılar arasında xərçəng ölümləri 27 faiz artıb.
2019-cu ildə 50 yaşa qədər 1,06 milyon insan xərçəngdən ölüb, bu, 1990-cı illə müqayisədə 27 faiz artım kimi qeydə alınıb.

"BMJ Oncology" jurnalında dərc olunan araşdırmaya görə, düzgün olmayan qidalanma, alkoqol və tütün istifadəsi, həmçinin hərəkətsizlik və piylənmə xərçəngə səbəb ola biləcək amillərdəndir.

Qeyd edək ki, məlumata görə, Azərbaycanda ötən il onkoloji xəstələrin sayı artıb və bu rəqəm, təxminən, 60 minə yaxınlaşıb.

Aynur Əli

0