Mars mineral müxtəlifliyi baxımından Yerdən çox yoxsuldur - Alimlər

MARAQLI
22:48 / 07.09.2023
551

Vaşinqtondakı Karnegi İnstitutundan olan amerikalı geoloqlar müəyyən ediblər ki, Marsın dərinlikləri müxtəlif minerallar baxımından Yerin dərinliklərindən qat-qat yoxsuldur. 50 ildən artıqdır ki, qırmızı planetdə cəmi 161 mineral tapılıb, Yer kürəsində isə onlar 6 minə yaxındır.

HİT.az xəbər verir ki, tədqiqat "Journal of Geophysical Research: Planets" (JGR: Planets) elmi jurnalında dərc olunub.

Alimlərin fikrincə, fərq Yer kürəsində mineralların əmələ gəlməsinin 57 ilkin və ikincili mexanizmlərinin mövcud olduğu halda, Marsda cəmi 20 belə metodun olması ilə əlaqədar yaranıb.

Planet tarixinin əvvəllərində Yer və Marsda minerallar oxşar şəkildə əmələ gəlib. Məsələn, hər iki planetdəki ilk filizlər, ehtimal ki, maqmanın soyumasından birbaşa kristallaşıb.

Bununla belə, milyardlarla il əvvəl lövhə tektonikasının başlaması və həyatın yayılması ilə Yerin mineral sərvətləri geniş şaxələndirmə mərhələlərindən keçib, halbuki bunlar Marsda baş verməyib.

Geoloqlar Mars minerallarının ümumi miqdarının hələ də Yerdəkindən daha az olduğunu düşünürlər.

Samir

0