Soğan suyunun bu faydalarını bilirdiniz?

MARAQLI
16:17 / 08.09.2023
1050

Demək olar ki, hər yeməkdə istifadə etdiyimiz soğanın faydaları saymaqla bitməz.

HİT.az bildirir ki, soğanın özü kimi suyu da olduqca şəfalıdır.

Soğan xüsusilə immun sistemimiz üçün də faydalıdır. Onun suyunun da bir çox dərdə dərman olduğu ortaya çıxıb. 

Belə ki, soğan suyu dərinin sağlamlığını qoruyur və yaşlanmanın təsirlərinə qarşı mübarizə aparır. Həmçinin, saç tökülməsinin qarşısını alır və xolesterolu tənzimləyir. Eyni zamanda, soğan suyu içmək tənəffüs xəstəliklərinə qarşı effektlidir və ağciyərləri də təmizləyir.

Bunun üçün öncə tünd rəngdə soğanı seçib onları sirkəli suda yuyun. Ardınca soğanı dörd hissəyə bölün. Sonra isə həmin dilimlərini üzərinə 2 stəkan su tökün və qaynadın. 5 dəqiqə qaynatdıqdan sonra suyu süzün və ilıq olduqdan sonra için.

Pərviz

0