Alimlər xroniki yorğunluğun diaqnostikası üçün yeni metod yaratdı

MARAQLI
23:08 / 11.09.2023
744

Oksford Universitetinin britaniyalı alimləri xroniki yorğunluq sindromunun (CFS) diaqnostikası üçün yeni üsul hazırlayıblar. 

HİT.az xəbər verir ki, xəstənin qan testi xəstəliyin varlığını 91% dəqiqliklə müəyyən edir. Araşdırma "Advanced Science" elmi jurnalında dərc olunub.

Xroniki yorğunluq sindromu mialgik ensefalomielit kimi də tanınır. CFS xəstələri daim güc çatışmazlığı və yorğunluq hiss edirlər ki, bu da yaxşı və uzun yuxudan sonra da keçmir. Xəstəliyin erkən aşkarlanması insanlara enerjini oğurlayan və düşünmə qabiliyyətini zəiflədən vəziyyətlə daha effektiv mübarizə aparmağa imkan verəcək.

Alimlər diqqətlərini periferik qan mononükleer hüceyrələri (PBMCs) adlanan xüsusi qan hüceyrəsi növünə yönəldib. Əvvəlki tədqiqatlar göstərir ki, bu hüceyrələr CFS olan insanlarda enerji istehsalını azaldır.

Komanda ayrı-ayrı elementlərin molekulyar titrəyişlərini təhlil edərək 98 xəstənin nümunələrində 2 mindən çox hüceyrəni tədqiq edib. Mütəxəssislər hüceyrədaxili metabolizm səviyyəsində dəyişiklikləri əks etdirən spektrlər əldə ediblər.

Test yalnız əksər hallarda CFS-nin mövcudluğunu müəyyən etməyib, həm də xəstələri sindromun şiddətinə görə 84% dəqiqliklə ayırmağa imkan verib.

Samir

0