İnsan quruluşunun təəccüblü araşdırması: Beyin öz inkişafını 25 il ərzində tamamlayır

MARAQLI
21:17 / 12.09.2023
695

İnsan bədəni sözün əsl mənasında bir sirr qutusudur. Alimlərin araşdırmalarından sonra ortaya çıxan təəccüblü məlumatlar insan quruluşunun nə qədər mürəkkəb olduğunu ortaya qoyur və tamamilə təəccübləndirir. 

Hit.az həmin məlumatları təqdim edir.

Beyin 2,5 milyon GB məlumat saxlaya bilir. Beyin öz inkişafını 25 il ərzində tamamlayır.

Bədəniniz "məməli dalğıc" deyilən bir reflekslə suya girdikdə, havasız sağ qalma müddətini uzatmağa başlayır. Yəni suda yaşayan məməli kimi heyvanlarda müşahidə edilən bu refleksin insanlarda da olduğu ortaya çıxıb.

Damarlar birləşdikdə dünyanı 2,5 dəfə dövrə vura bilirlər.

Damarların uzunluğu 100.000 kilometrdir.

Araşdırmalara görə, ağ-qara televizora baxan nəslin xəyalları daha rəngsiz, rəngli televizora baxan nəslin xəyalları isə daha rəngarəng olur. Başqa sözlə desək, xəyallarınız uşaqlıqda baxdığınız televiziya verilişinin növünə görə də formalaşa bilər.

Hətta bu sətirləri oxuyarkən birdən-birə 22 milyon hüceyrə öldü və 72 milyon yeni qan hüceyrəsi əmələ gəldi.

Bəzi çox ani və emosional hadisələrdə insan özündən çox böyük olan yükü adrenalin partlaması ilə qaldıra bilir.

Yetkin insan orqanizmi gündə təxminən 1,5 litr selik, 3,5 litr bağırsaq şirəsi, 1 litr tüpürcək və 3 litr mədə şirəsi istehsal edir.

Sümük olduğu düşünülən şey əslində onurğa beynin mayesidir.

Aynur Əli

0