Siqaret immunitet sisteminə mənfi təsir edir - Alimlər

MARAQLI
15:14 / 15.09.2023
476

Birmingem Universitetinin tədqiqatçıları siqaretdən asılılığın immunitet sisteminə mənfi təsir etdiyi qənaətinə gəliblər. Məlum olub ki, elektron siqaretdən çıxan buxar neytrofilləri - infeksiyalarla mübarizə aparan hüceyrələri ləngidir. 

HİT.az xəbər verir ki, bu barədə araşdırmanın bəticələri "Journal of Allergy and Clinical Immunology" (JACI) jurnalında dərc edilib.

Tədqiqat qrupu heç vaxt adi siqaret və elektron siqaretb çəkməyən könüllülərin qanından neytrofil nümunələri götürüb. İmmunitet hüceyrələri daha sonra təcrid olunub və elektron siqaret buxarı ilə müalicə edilib ki, bu tüstünün təsirini, siqaret çəkən bir insanın orta gündəlik buxar qəbulunu simulyasiya edib. Nümunələrin yarısı nikotin olan buxara, digər yarısı isə tərkibində nikotin olmayan alternativlərə məruz qalıb.

Təcrübə nəticəsində hər iki qrupdakı hüceyrələr sağ qalıb, lakin onların aktivliyi xeyli azalıb. Məlum olub ki, neytrofillərin fəaliyyətinin ləngiməsinin səbəbi F-aktin səviyyəsinin artmasıdır. Bu protein hüceyrələrin içərisindədir və neytrofillərin formasını dəyişdirməkdən məsuldur. Dəyişmiş formaya görə immunitet hüceyrələri effektiv şəkildə hərəkət edə və qoruyucu funksiyaları yerinə yetirə bilməyib. Nikotinsiz elektron mayelərin buxarının da neytrofillərə eyni təsiri olduğu ortaya çıxıb.

Samir

 

0