Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada hər il 0-19 yaş arasında təxmin 400 min insana xərçəng diaqnozu qoyulur.
Hit.az-ın məlumatına görə, uğurlu müalicə faizi yüksək gəlirli ölkələrdə 80-ə çatarkən, aşağı və orta gəlirli ölkələrdə bu, 30 faizin altında qalır.
Uşaqlıqda xərçəng diaqnozu qoyulanların əksəriyyəti dərman, cərrahiyyə, radioterapiya kimi müxtəlif müalicə üsulları ilə sağalır. Aşağı və orta gəlirli ölkələrdə diaqnozun səhv və ya gec qoyulması, müalicəyə çıxışın məhdudlaşdırılması və müalicədən imtina kimi amillər yüksək ölüm səviyyəsinin əsas səbəbləri kimi göstərilir.
ÜST qeyd edir ki, yüksək gəlirli ölkələrdə əhalinin təxminən 96 faizinin müalicə və dərman vasitələrinə çıxışı olduğu halda, aşağı və orta gəlirli ölkələrdə bu çıxış yalnız 29 faiz səviyyəsində qalır. Hesablamalara görə, aşağı və orta gəlirli ölkələrdə xərçəng diaqnozu qoyulmuş uşaqların yalnız 15 faizi müalicə alır, xəstələrin yarısına isə demək olar ki, diaqnoz belə qoyulmur.
Aynur Əli