Saç tökülməsinin əsas səbəbi: Qanda mikrob...

MARAQLI
21:55 / 19.09.2023
622

Saç tökülməsi bir çoxlarının qorxduğu, çox zaman isə çətinliklə önlədiyi bir problemdir. 

Mütəxəssislər 50 ilə 100 yaş arasında saç tökülməsinin normal olduğunu bildirirlər.

Digər tərəfdən statistikaya görə, dünyada 56 milyon insan saç tökülməsi problemi yaşayır.

Bəs saç tökülməsinin qarşısı hansı vasitələrlə alına bilər?

Hit.az xəbər verir ki, bununla bağlı ingilis elm adamları araşdırma aparıb.

Mütəxəssislərin fikrincə, saçları seyrək olanlar Omeqa 3, dəmir və zülalla zəngin qidalardan istifadə etməklə bu problemin qarşısını ala bilərlər.

Bundan əlavə, dəmir çatışmazlığı erkən yaşlarda saçların tökülməsinə və ağarmasına səbəb olur. 

Mütəxəssislər zülalla zəngin qidaların həm dəri, həm də saç üçün faydalı olduğunu bildirir. Xüsusilə, süd, ət, yumurta kimi qidaların istehlak edilməsi saç tökülməsinin qarşısını az da olsa alır.

Bundan əlavə, kalsium çatışmazlığı da saçların ağarmasına səbəb olur. Bu səbəbdən qida rasionunuza kalsium tərkibli qida və içkilər əlavə etməyi unutmayın.

Mütəxəssislər saç töküldüyü zamanlarda qan analizinin aparılmasını tövsiyə edir. Qanda mikrobun olması da saç tökülməsinə əsas səbəblərdən biri ola bilər.

Aynur Əli

0