Gündə 3 fincan qəhvə ölüm riskini 12 faiz azaldır

MARAQLI
14:58 / 20.09.2023
680

Gündə üç fincan qəhvə içən insanların qəhvə içməyənlərə nisbətən ölüm riski 12 faiz daha az olur.

Hit.az xəbər verir ki, bu barədə araşdırma Budapeştdə Semmelweis Universiteti tərəfindən aparılıb. 

Araşdırma təxminən 500 min insan üzərində 10 il müddətinə aparılıb.

Tədqiqatda gündə üç fincan qəhvə içənlərin ürək-damar xəstəliklərindən əziyyət çəkmə və ya insult keçirmə ehtimalının 1/5 qədər azaldığı bildirilib.

Alimlər onu da vurğulayıblar ki, yalnız üyüdülmüş qəhvədən istifadə etmək sağlamlıq üçün faydalıdır, hazır toz şəklində satılanlar isə təsirsizdir. 

Aynur Əli

0