Həkimlər COVID-19-un şiddətini təyin etməyin ən asan yolunu tapdı

23:39 / 21.09.2023
682

Kataloniya Biomühəndislik İnstitutunun ispan alimləri koronavirus xəstəliyinin şiddətini qiymətləndirmək üçün ucuz və sürətli üsul hazırlayıblar. Bunun üçün onlar COVID-19 xəstələrinin öskürək səsini təhlil ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "European Respiratory Journal" (ERJ) elmi jurnalında dərc olunan məqalədə deyilir.

Mövcud COVID diaqnostik alətləri əsasən rentgenoqrafiya, ultrasəs və kompüter tomoqrafiyası kimi bahalı və yüksək texnologiyalı görüntüləmə üsullarına əsaslanır. Buna görə də, həkimlər həm xəstəxanaya yerləşdirilərkən, həm də evdə xəstələrin vəziyyətini qiymətləndirmək üçün daha əlçatan bir üsula ehtiyac duyurlar.

Tədqiqatçılar infeksiyadan sonra ilk 24 saat ərzində xəstəxanaya yerləşdirilən COVID-19 olan 70 nəfərin öskürək səslərini tədqiq ediblər. Təhlillər akustik təhlili infeksiyanın şiddətindən asılı olaraq əhəmiyyətli fərqlər göstərib.

Nəticələr göstərib ki, öskürək səsi COVID-19-un yüngül, orta və ağır formalarını nisbətən dəqiq təsnif edə bilir.

Tədqiqat müəllifləri izah edib ki, öskürək testi COVID-19-un ağır hallarının erkən aşkarlanması və potensial fəsadların qiymətləndirilməsi daxil olmaqla, xəstəliyin gedişatının uzaqdan monitorinqi üçün ikili məqsədə xidmət edə bilər.

Samir

0