Keyfiyyətli yuxu üçün bunu yeməlisiniz - FOTO

MARAQLI
22:39 / 22.09.2023
579

Sağlam bir vücuda və zehinə sahib olmaq keyfiyyətli yuxudan asılıdır.

HİT.az bildirir ki, kifayət qədər yatmadığınız zaman vücudunuz ruhən və fiziki olaraq zəifləməyə başlayır.

Buna görə də keyfiyyətli yuxu və lazımi qədər yatmaq çox önəmlidir. Yaxşı yatmaq üçün vücudun melatonin hormonuna ehtiyacı var. Melatonin yuxuya getməyinizə kömək edən və gecələr oyanmadan yatmağınıza yardımçı olan hormondur.

Keyfiyyətli yuxu üçün bunu yeməlisiniz - FOTO

Yuxu problemi yaşayanlar sözügedən hormonun ifraz olunması üçün müəyyən qidalar qəbul edirlər. 

Mütəxəssislər məsləhət görür ki, keyfiyyətli yuxunun sirri qozdan keçir. Belə ki, yatmazdan öncə qoz yediyiniz zaman beyninizdə serotoninin səviyyəsi artır və vücudunuzda melatonin hormonu yaranır. Bu isə öz növbəsində gecə boyu rahat şəkildə yatmağınıza kömək edir. Ona görə də yatmazdan öncə qoz yeməyiniz tövsiyə olunur.

Pərviz

0