A vitamini çatışmazlığının əlamətləri: Quru dəri, göz zəifliyi, inkişafdan qalma...

MARAQLI
16:11 / 25.09.2023
1618

Vitaminlər bədənimizin sağlam quruluşunu qorumaq üçün ehtiyac duyduğu üzvi birləşmələrdir. A vitamini də digər vitaminlər kimi bədənimizin strukturunda çox mühüm rol oynayır. Bədənimizin bu əsas komponentlərinin həm çatışmazlığı, həm də artıqlığı bir çox ciddi problemlərə yol aça bilər. 

A vitamini dişlərin, dərinin və yumşaq toxumaların formalaşmasına kömək edir. Bundan əlavə, gözün tor qişasına rəng verən piqmentlər çıxararaq göz sağlamlığında mühüm rol oynayır. A vitamini çatışmazlığı qanda və toxumalarda kifayət qədər A vitamini olmadığı zaman ortaya çıxan sağlamlıq problemidir. Əgər insan sağlamlığı üçün heç bir addım atmazsa, bu problem göz və dəri problemləri ilə özünü göstərə bilər. Müvəqqəti gecə korluğu və quru və ya pullu dəri problemlər də bu vitaminin çatışmazlığının ümumi narahatlıqlarıdır. Xüsusilə A vitamini ilə çox zəngin olan ət, süd və süd məhsullarının az istehlakı bu problemdə əsas rol oynayır.

A vitamininin çatışmazlığının simptomları müxtəlif yollarla özünü göstərə bilər. 

Hit.az həmin ümumi simptomları təqdim edir.

Quru dəri

Bu problem A vitamini çatışmazlığı xəstəlikləri arasında ən çox rast gəlinən problemdir. A vitamini dəri hüceyrələrinin yenilənməsi üçün çox vacibdir. Ancaq bu vitamin kifayət qədər qəbul edilmədikdə, dərinin qurumasına və soyulmasına səbəb ola bilər.

İnkişafdan geriqalma

A vitamini hüceyrələrin yenilənməsində mühüm rol oynadığı üçün uşaqların böyüməsində xüsusilə həlledicidir. Bu səbəbdən A vitamini çatışmazlığı uşaqlarda böyümənin gecikməsinə və böyümə pozğunluğuna səbəb ola bilər. Erkən diaqnoz sayəsində qida əlavələri ilə sağlam tədbirlər görülə bilər.

Yaranın gec sağalması

Yaraların gec sağalması əksər insanlar tərəfindən asanlıqla aşkar edilə bilməsə də, bunun səbəbi A vitamini çatışmazlığı ola bilər.

Tez-tez infeksiya xəstələrinə yoluxma

A vitamini çatışmazlığı orqanizmi həssas edir. Buna görə də A vitamini çatışmazlığı olan insanın xəstəliklərə qarşı həssas olduğunu müşahidə etmək olar. 

Bundan əlavə ümumi siyahı aşağıdakı kimidir:

*Diş və diş əti xəstəlikləri
*Dildə dad problemi
*Gecə korluğu
*Yoluxucu xəstəliklərə həssaslıq
*Sızanaqların əmələ gəlməsi

Xüsusilə gənc qızlar və oğlanlar üçün A vitamininin olub-olmamasına diqqət yetirmək, hətta həkim məsləhəti ilə əlavələr qəbul etmək lazımdır.

Aynur Əli

0