Ovuclarınızdakı qırmızı ləkələr bu xəstəliyin xəbərçisidir

23:50 / 29.09.2023
655

Ovuclarınızın tərləməsi və qırmızı ləkələrlə örtülü olması orqanizminizdəki xəstəliklərin göstəricisidir.

Hit.az xəbər verir ki, bu barədə məşhur "Medical News Today" nəşrinin məqaləsində bildirilir. Məlumata görə, qırmızı ləkələr varsa, bu, qara ciyərin xəstəlik əlaməti ola bilər. 

Qızartı adətən ovucun aşağı hissəsində baş verir, lakin o, barmaqların arasından yuxarıya doğru uzana bilir. Onun digər əlamətlərinə çox yorğunluq hissi, xəstələnmək, iştahsızlıq, çəki və əzələ kütləsinin azalması, dərinin və göz ağlarının saralması daxildir. Ovucun bu şəkildə qızartısı və ləkələrlə dolu olması qaraciyər xəstələrinin 23 faizində rast gəlinir.

Aynur Əli

0