Kanadanın Toronto Universitetinin tədqiqatçıları bədxassəli şişlərin sürətlə böyüməsinə səbəb olan gen aşkar ediblər. Məlum olub ki, SOX2-nin düzgün işləməməsi sidik kisəsi, uşaqlıq yolu, döş və ağciyər xərçənginə səbəb ola bilər.
HİT.az xəbər verir ki, alimlər tədqiqatın nəticələrini Nucleic Acids Research (NAR) jurnalında paylaşıblar.
Tədqiqatçılar xərçəng hüceyrələrində SOX2 genini nəyin aktivləşdirdiyini və onların nəzarətsiz şəkildə çoxalmasına səbəb olduğunu anlamaq istəyiblər. Məlum olub ki, SOX2 DNT-dəki mutasiyalar və ya zədələnmələr səbəbindən şiş böyüməsini stimullaşdırmır. İnsanın həyatı boyu onun genomunu təşkil edən 30 min genin çoxu hərəkətsizdir. Bu o deməkdir ki, genlər hüceyrə zülal kodlaşdırma mexanizmlərini işə salmır.
Alimlər aşkar ediblər ki, genomun SOX2-ni ehtiva edən hissəsi açıq qala bilər və bu da genin hüceyrələrin xərçəngə çevrilməsini stimullaşdırmasına səbəb olur. Bu gen həmçinin iki zülal kodlayır - FOXA1 və NFIB. NFIB xərçəng hüceyrələrinin çoxalma mexanizmini boğur, FOXA1 isə əksinə onu aktivləşdirir.
Tədqiqat müəllifləri qeyd ediblər ki, NFIB zülalının fəaliyyətini gücləndirəcək dərmanların hazırlanması döş, uşaqlıq yolu, sidik kisəsi və ağciyər xərçənginin müalicəsində irəliləyiş əldə etməyə kömək edəcək.
Samir