Hər kəs limonun tərkibində olan bir çox faydalardan xəbərdardır. Amma limon toxumunun faydalarını da bilmək vacibdir. Limon toxumları atmaq yerinə saxlanılarsa, bir çox sahədə istifadə oluna bilər.
Hit.az-ın bu dəfəki xəbərində limon toxumlarının istifadə sahələri haqqında məlumat verəcəyik.
Limon toxumlarını qaynadılmış suya atıb üzünüzə tutaraq rahatlaya bilərsiniz. Bu sayədə dərinin dartılması da mümkün olacaq.
Əldə etdiyiniz limon toxumlarının qurutma mərhələsini tamamladıqdan sonra üyüdə bilərsiniz. Tərəvəz, toyuq və balıq kimi qidalarda istifadə edərək gözəl bir ətir əldə edə bilərsiniz.
Yığdığımız limon toxumlarını təxminən 10 dəqiqə qaynadılmış suda dəmlədikdən sonra limon dilimləri və ya bal əlavə edilərək istehlak edə bilərik. Bu çay həm mədəniz üçün yaxşı gələcək, həm də dadlı olacaq.
Limon toxumu kimyəvi təmizləyici materiallardan istifadə etmək istəməyənlər üçün təbii təmizləyici kimi istifadə edilə bilər. Sirkəyə 3 ədəd limon toxumu əlavə etməklə təbii təmizləyici əldə edə bilərsiniz.
Aynur Əli