Quru, qarışıq, həssas və yağlı da daxil olmaqla bir çox saç növü var. Bu səbəbdən istifadə etdiyiniz hər bir saç məhsulu (krem, şampun, balzam və sair) saçınıza uyğun olmalıdır. Xüsusilə şampun seçimi diqqət etməli olduğunuz ən vacib nüanslarda biridir.
Bundan əlavə, sağlam saçlara sahib olmaq üçün balanslı və nizamlı qidalanmalısınız. Saçınızı boya kimi kimyəvi müalicələrdən uzaq tutmalı, ən əsası saçınıza uyğun məhsul seçməlisiniz.
Düzgün olmayan və kimyəvi maddələrlə dolu şampunlar saçınıza kökdən uca qədər zərər verir, kəpək, quruluq və tökülmə kimi bir çox saç probleminə səbəb olur. Bu səbəbdən şampun seçərkən son dərəcə diqqətli olmaq lazımdır.
Bəs hansı törkibli şampunlar saçlara ziyandır?
Hit.az həmin məhsulların siyashını təqdim edir:
Sulfat
Sulfat köpüyü yaratmaq üçün bir çox şampunlarda tapılan maddələrdir. Onlar kir və yağı təmizləməkdə təsirli olsalar da, saç dərisindəki təbii yağları da çıxararaq saçları quru və kövrək edə bilər. Bu zaman keçdikcə saç telini zəiflədə və saç tökülməsinə səbəb ola bilər. Bu səbəbdən sulfatsız şampunlar axtarın.
Parabenlər
Bu şampun kimi şəxsi qulluq məhsullarının qalıcılığını uzatmaq üçün istifadə edilən sintetik qoruyucu maddələrdir.
Araşdırmalar göstərib ki, parabenlər hormonal tarazlığı pozur və saç tökülməsinə səbəb olur. Bu səbəbdən parabensiz şampunları seçmək daha yaxşıdır.
Silikon
Silikonlar tez-tez saçlara ipək kimi, hamar bir toxuma vermək üçün şampunlarda istifadə olunur. Onlar müvəqqəti olaraq saçlarınızı sağlam və parlaq göstərə bilsələr də, baş dərisində toplana, saç follikullarını tıxaya və sağlam saç böyüməsinin qarşısını ala bilərlər.
Qoxu
Şampunlardakı ətirlər zərərsiz görünə bilər, lakin bir çox sintetik ətirlərin tərkibində baş dərisini qıcıqlandıran və saçları zəiflədən kimyəvi maddələr var. Qoxulu şampunlar da saç tökülməsinə səbəb ola bilər. Baş dərisinin qıcıqlanması və saç tökülməsi riskini minimuma endirmək üçün qoxusuz və ya təbii ətirli şampunlardan istifadə edə bilərsiniz.
Bəs şampun seçərkən nələrə diqqət etməliyik?
Şampun qablarındalə maddələr siyahısını diqqətlə oxuyun. Sulfatlar, parabenlər, silikonlar və sintetik ətirlər olmayan şampunlara baxın.
Bitki əsaslı maddələrdən və daha az sintetik kimyəvi maddələrdən istifadə edilən təbii və ya üzvi şampunlardan istifadə edin.
Saçınızı mütəmadi olaraq yuyun, lakin həddindən artıq yumayın. Çünki həddən artıq yumaq baş dərinizdəki əsas toxuma yağlarını çıxara bilər. Baş dərinizi təmizləmək üçün isti su və yumşaq masaj hərəkətlərindən istifadə edin.
Aynur Əli