Trans yağlar xüsusilə fast-food yeməklərində dad və toxumasını yaxşılaşdırmaq üçün istifadə olunur. Lakin bu, insanların sağlamlığına zərərli olduğu bilinir.
Hit.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın məşhur "Mirror" nəşri yazır.
Trans yağlar bitki yağlarından istehsal olunur - bu proses hidrogenləşmə kimi tanınır və adətən fast-food və digər hazır qidalara onların saxlama müddətini artırmaq və qiymətini ucuzlaşdırmaq üçün əlavə edilir. Bu qidalardan istifadə isə ürək xəstəliyi yaradır və ölüm riskini artırır.
Trans yağlar adətən biskvit və ya tortlar, bəzi dondurulmuş qidalar, hazır yeməklərdə istifadə olunur.
Trans yağlar dünyada ölümlərin əsas səbəbi hesab olunur vəs hər il təxminən 18 milyon insanın həyatına son qoyacağı təxmin edilir.
Aynur Əli