Yuxudan yorğun oyanmaq bu xəstəliyin əlamətidir

MARAQLI
22:15 / 09.10.2023
806

Hər səhər yorğun oyanmaq hipotiroidizm adlı təhlükəli xəstəliyin əlaməti ola bilər.

Hit.az-ın məlumatına görə, bəzi insanlarda yuxu problemləri olur ki, bunun da səbəbləri arasında stress, yorğunluq, ürək və təzyiq xəstəlikləri, qalxanabənzər vəzinin zəif işləməsi kimi faktorlar var.

Qalxanabənzər vəzilər orqanizmin maddələr mübadiləsini tənzimləyən hormonlar istehsal edir. 

Qalxanabənzər vəzinin az fəaliyyət göstərməsi hipotiroidizm adlanan bir vəziyyətdir. Hipotiroidizm yorğunluq, çəki artımı, depressiya və soyuğa qarşı dözümsüzlük kimi simptomlara səbəb ola bilər.

Yorğun oyanmaqla bağlı problemləriniz varsa, mütləq həkimə müraciət etmək lazımdır. Bundan əlavə, yuxu rejiminə və gigiyenaya diqqət yetirmək, stressdən qaçmaq, sağlam qidalanmaq və idmanla məşğul olmaq da yorğunluğu azaltmağa kömək edə bilər.

Müalicə edilməzsə hipotireoidi daha ciddi ağırlaşmalara səbəb ola bilər və hətta həyatı təhlükə ortaya çıxa bilər.

Müalicə olunmayan xəstəlik ürək ritminin pozulması gətirib çıxarır, qan təzyiqi artır, insult və ya ürək çatışmazlığı inkişaf edir.

Aynur Əli

0