ABŞ, Braziliya və İspaniyadan olan qida mütəxəssisləri tərəfindən "abur-cubur" adlandırılan qidalar haqqında yeni araşdırma aparılıb.
Hit.az-ın məlumatına görə, araşdırmada xüsusilə burgerlərdə istifadə olunan əft məhsullarının, qurudulmuş kartof dilimləri, qovrulan çərəzlərin alkoqol, tütün kimi asılılıq yarada biləcəyi vurğulanıb.
Tədqiqatçılar ultra emal olunmuş qidaların (UPF) birləşməsinin beyin sistemini poza biləcəyini bildirib.
Mütəxəssislər ultra emal olunmuş qidaların reklamını məhdudlaşdırmaq üçün daha sərt qaydalar və onların zərərli təsirləri barədə xəbərdarlıq edən yeni təlimatlar tələb edib.
Araşdırmalarda ultra emal olunmuş qidaların ürək xəstəlikləri, yüksək təzyiq, xərçəng, depressiya və diabetə səbəb olacağı qeyd edilib.
Aynur Əli