450 milyon il əvvəl Yerdə həyatın inkişafı niyə sürətlənib? - Alimlər açıqladı

MARAQLI
08:48 / 12.10.2023
569

Fransa və Norveçdən olan beynəlxalq elm adamları qrupu Böyük Ordovik Bioloji Müxtəliflik Hadisəsi adlanan hadisənin səbəbini tədqiq edib. Bu müddət ərzində dəniz və quru orqanizmlərinin çox müxtəlif növlərinin meydana çıxdığı bir dövr olub. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Communications" elmi jurnalında dərc olunub.

Böyük Ordovik Bioloji Müxtəliflik Hadisəsi 471 milyon il əvvəl başlayıb və təxminən 25 milyon il davam edib. Bu dövrdə dəniz canlıları qruplarının sayı iki dəfə artıb, ailələr üç dəfə çoxalıb və okeanlardakı həyatın ümumi müxtəlifliyi indiki ilə müqayisə edilə bilər hala gəlib.

Yer elmləri mütəxəssisləri uzun müddət bitkilər, kontinental sürüşmə və meteoritin düşməsi nəticəsində atmosferdə oksigen konsentrasiyasının artması ilə bağlı fərziyyələr irəli sürərək, bu hadisənin dəqiq səbəbini deyə bilməyiblər.

Alimlər yeni araşdırmada Yer üzündə həyatın artmasının qlobal dəniz səthinin temperaturunun orta hesabla +40 °C-dən +30 °C-ə qədər azalması ilə bağlı olduğunu irəli sürüb.

Mütəxəssislər 440 milyon il əvvəldən 490 milyon il əvvəl planetdəki vəziyyəti təsvir edən iqlim modeli yaradıblar. Simulyasiya göstərib ki, atmosfer və okean temperaturunun aşağı düşməsi soyutma qradiyenti yaradıb -ən soyuq sular tədricən ekvatora doğru istiləşib. Bu, dəniz həyatının inkişafı üçün əlverişli şərait yaradıb.

Samir

0