Balığın bizim üçün faydalı olduğunu hamımız bilirik. Lakin təzyiqimizə nəzarət etməliyiksə, dəniz məhsullarını çox miqdarda istehlak etməməliyik.
Hit.az xəbər verir ki, bu barədə məşhur "Mirror" nəşri məlumat verir. Məlumata görə, balıq Omeqa-3 yağı ilə zəngindir. Bu da ürəyinizin sağlam çalışmasını təmin edir, orqanizminizdəki iltihabı prosesləri azaldır.
Lakin çox miqdarda balıq istehlakı sizi yüksək təzyiq riski ilə qarşı -qarşıya qoya bilər.
Yüksək təzyiq isə infarkt kimi ciddi sağlamlıq problemlərinin xəbərçisidir. Bundan əlavə, zülal və əsas qida əlavələri ilə zəngin olmasına baxmayaraq, qurudulmuş və hisə verilmiş balıq da təzyiqi artırır.
Tərkibində yüksək miqdarda natrium olduğuna görə yüksək təzyiqdən əziyyət çəkənlər bu qidanın da istehlakını azaltmalıdır.
Aynur Əli