Canan Karataydan məsləhət: Xəstələnməmək üçün bunu edin...

MARAQLI
10:49 / 13.10.2023
717

Türkiyəli Daxili Xəstəliklər və Kardiologiya Mütəxəssisi Prof. Dr. Canan Karatay yenidən gündəm olub.

HİT.az xəbər verir ki, mütəxəssis bu dəfə qışda xəstələnməkdən qorunmağın yollarından bəhs edib.

O, limonlu suyun insan orqanizmi üçün olduqca faydalı olduğunu diqqətə çatdırıb. Canan Karatayın sözlərinə görə sözügedən içkini hər gün müntəzəm olaraq qəbul etmək lazımdır. 

Professor ilıq limonlu suyun insan üçün faydalarını isə belə sıralayıb:

1. Limonlu su qəbizlikdən əziyyət çəkənlər üçün çox faydalıdır. Onu ac qarına qəbul edəndə bağırsaqlar tənzimlənir və qəbizlik aradan qalxır.
2. Daxili ağrılarının keçməsinə və köpün aradan qalxmasına kömək edir.
3. Tərkibindəki C vitamini sayəsində dəri sağlamlığını dəstəkləyir. Həmçinin, dəridəki ləkələri azaltmağa və daha parlaq dəriyə sahib olmağa kömək edə bilər.
4. Limon C vitamini ilə zəngin bir meyvə olduğundan immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır.
5. Limonlu su arıqlamağa çalışanlar üçün də köməkçi içkidir. Belə ki, maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır. Bu səbəbdən də daha az yemək istəyirsiniz.
6. Bunu içmək ürək-damar xəstəlikləri başda olmaqla, bir çox problemin qarşısını ala bilər.
7. Oynaq və əzələ ağrılarının da keçməsinə kömək edir.

Pərviz

0