Ürək-damar xəstəliyindən qorunmağın 10 yolu

MARAQLI
20:20 / 16.10.2023
1052

Dünyada geniş yayılan ölüm səbəblərindən biri də heç şübhəsiz ki, ürək-damar xəstəlikləridir.

HİT.az xəbər verir ki, stress, oturaq həyat, qeyri-sağlam və balanssız qidalanma, eləcə də siqaret kimi bir çox faktor ürək-damar sisteminin ən böyük düşmənləri hesab olunur. 

Lakin unutmaq olmaz ki, ürək sağlamlığını qorumaq sağlam həyat sürmək üçün vacibdir.

Türkiyəli professor, doktor Sinan Dağdələn ürək-damar xəstəlikləri riskinə qarşı 10 vacib tövsiyə verib.

Sözügedən məsləhətlər aşağıdakılardır:

1. Stressdən uzaq durmaq lazımdır 
Əslində az miqdarda stress insan üçün faydalı olsa da, çox stresli olmaq böyük fəsadlara yol açır. Xüsusilə də stress ürək xəstələri üçün olduqca mənfi təsir göstərir. Stressə çox məruz qalan insanda orqanların daha tez yaşlandığı müşahidə olunur. Buna görə də stressdən uzaq həyat yaşamaq tövsiyə olunur.

2. Bel ətrafına diqqət etməliyik
Sağlam ürəyə aparan yollardan biri də bel ətrafınızdır. ABŞ-da aparılan araşdırmaya əsasən, kişilər üçün bel ətrafının 102 sm, qadınlar üçün 88 sm olmalıdır. Bundan artıq olduqda isə ürək xəstəlikləri riski meydana gələ bilər. Ona görə də buna diqqət etmək olduqca vacibdir.

3. Təzyiq dərmanı atmayın
Bəzən insanların həkimlə məsləhətləşmədən təzyiq dərmanları atdığını görürük. Lakin onu mütəmadi şəkildə qəbul etmək asılılığa yol açır və ürək-damar xəstəliklərinə səbəb olur. Bu səbəbdən də təzyiq dərmanlarından davamlı istifadəni dayandırmaq tövsiyə olunur.

4. Davamlı olaraq yürüş edin
Fiziki fəaliyyətin olmaması və bütün günü masadan ayrılmadan işləmək ürəyimiz üçün böyük risk formalaşdırır. Ürəyin ən böyük düşməni olan hərəkətsizlikdən uzaq durmaq tövsiyə olunur. Həftədə ən azı 3 gün 45 dəqiqə yürüş etməlisiniz.

5. Xolesterinə diqqət etmək lazımdır
Elmi araşdırmalarda yüksək xolesterin ürək-damar xəstəliklərinin ən ciddi səbəblərindən biri kimi göstərilir. Lakin bəzən insanlar bunun üçün atdığı dərmanları dayandırırlar. Bu isə çox böyük risk yarada bilər. Ona görə də sözügedən xəstələrin həkimlə məsləhətləşmədən dərman qəbulunu dayandırması doğru deyil.

6. Yediklərinizə diqqət edin
Yağlı, duzlu, qızardılmış və hazır yeməklərdən uzaq durun. Qırmızı ətdən, kolbasadan, sosiskadan və fast-food qidalardan da uzaq durmaq tövsiyə olunur. Balıq və mövsümi meyvə-tərəvəzlərlə qidalanmaq daha faydalıdır. Həmçinin, zeytun yağı, qırmızı üzüm və pomidor kimi qidalar xolesterolu azaltmağa kömək edir.

7. Diabet və hipertoniyaya diqqət yetirin
Diabet və hipertoniya da ürək-damar xəstəliklərinin yaranmasına və ya daha da kəskinləşməsinə səbəb olur. Ona görə buna diqqət etmək olduqca vacibdir.

8. Siqareti tərgidin
Araşdırmalara görə, siqaret ürək-damar xəstəliklərinə görə ölüm riskimi ciddi şəkildə artırır. Gündəlik 25 ədəddən çox siqaret çəkən kişilərdə bu risk 2,6 dəfə daha yüksəkdir. Gün ərzində 25 ədəddən çox siqaret çəkən qadınlarda isə sözügedən risk 5,4 dəfə artıqdır. Halbuki, tərkibində 4 mindən çox zərərli maddə olan siqareti tərgitməklə, ürək-damar riskləri bir ildən sonra 50% azalır.

9. İdeal bədən çəkisinə sahib olun
Piylənmə müasir dövrün ən təhlükəli xəstəliklərindən biri sayılır. Bu, ömrü qısaltmaqla yanaşı, ürək xəstəliklərindən xərçəngə qədər bir çox ciddi xəstəliklərə də gətirib çıxarır. Buna görə də artıq çəkisi olanlar müalicə almalı və ideal bədən çəkilərinə qayıtmalıdırlar.

10. Müntəzəm müayinələrdən keçin
Hər il mütəmadi şəkildə ürəyinizi müayinədən keçirməyiniz tələb olunur. Genetik risk faktoru olanlar üçün 30 yaşından, genetik risk faktoru olmayanlar üçün isə 50 yaşından etibarən mütəmadi müayinədən keçmək həyati əhəmiyyətə malikdir.

Pərviz

0