Qeyri-aktiv uşaqlıq sonrakı mərhələlərdə infarkt və insult riskini artıra bilər.
Hit.az-ın məlumatına görə, bu barədə "Mirror" nəşri məlumat yayıb. Məlumata görə, araşdırma göstərir ki, uşaqlar uzunmüddətli sağlamlıqlarını qorumaq üçün oturaq həyatdan uzaqlaşmalıdırlar.
Finlandiya universitetlərindən olan tədqiqatçılar uşaqlıqda yığılan oturaq vaxtın ürəyin zədələnməsi ilə nəticələndiyini və hərəkətsizliyin təsirinin uzunmüddətli olduğunu aşkarlayıb.
Araşdırmalara görə, oturaq həyat tərzi böyüklərlə müqayisədə uşaqlara daha mənfi təsir göstərir. Gələcəkdəki ürək xəstəliklərinin qarşısını almaq üçün uşaqların oturaq həyat tərzindən uzaqlaşdırılması tövsiyə olunub.
Aynur Əli