Alimlər COVID-19-dan qoruyan "beş saniyəlik qayda" təklif edir

MARAQLI
21:38 / 18.10.2023
652

Yaponiyanın Beynəlxalq Sakit Okean Universitetinin alimləri COVID-19 infeksiyasından qorunmaq üçün "beş saniyə qaydası"nı icad ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalı yazıb.

Alimlər nəfəs alma və danışma zamanı insanın ağzından ayrılan kiçik hissəciklərin hərəkət sürətini tədqiq ediblər. Tədqiqat aparmaq üçün onlar lazer vərəqindən və yüksək sürətli kameradan istifadə ediblər.

Tədqiqatın nəticələrinə əsasən alimlər belə qənaətə gəliblər ki, virusa yoluxma ehtimalı beş saniyə ərzində maksimum həddə çatır. Bu həm açıq sahələrə, həm də qapalı məkanlara aiddir.

Tapıntılara əsasən, alimlər COVID-19-un hava-damcı yolu ilə ötürülməsi ehtimalını azaltmaq üçün üz-üzə görüşlərdə yaxın təmas vaxtını beş saniyəyə endirməyi təklif edirlər.

Samir

 

0