Bu turşu bakteriyası xərçəng şişlərinin sağ qalmasına kömək edir

MARAQLI
12:22 / 23.10.2023
1082

Texas Universitetinin (UT) alimləri şişdaxili laktik turşu istehsal edən bakteriyaların radiasiya terapiyasının xərçəng müqavimətini artırdığını aşkar ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "Cancer Cell" jurnalı yazır.

Uşaqlıq boynu xərçəngi ən çox insan papillomavirusu (HPV) ilə yoluxmuş insanlarda baş verir. Bu şiş adətən müalicəyə yaxşı cavab verir, lakin bəzi xəstələrdə müalicəyə davamlı xərçəng inkişaf edir. Yeni araşdırmada tədqiqatçılar 2015-ci ilin sentyabrından 2022-ci ilin martına qədər kemoradioterapiya alan 101 xəstədə uşaqlıq boynu xərçəngi şişlərində yaşayan bakteriyaları təhlil ediblər.

Alimlər müəyyən ediblər ki, Lactobacillus iners (L. iners) bakteriyası radiasiyaya zəif reaksiya və xəstələrdə sağ qalma müddətinin azalması ilə əlaqələndirilir. Məlum olub ki, bu, bakteriyaların L-laktat maddəsinin istehsalı ilə bağlıdır. Bu maddə laktik turşudan əldə edilir və xərçəng hüceyrələri şüalanmadan sonra yaranan zərərlə mübarizə aparmaq üçün qlükoza əvəzinə laktatdan istifadə edir.

Əvvəlki tədqiqatlar göstərib ki, şiş laktat istehsalı şişin aqressiv böyüməsi və bir çox xərçəng növlərində zəif sağ qalma ilə əlaqələndirilir. Müəlliflər hazırda şişlər daxilində bu bakteriyaları hədəf almaq üçün yeni yanaşmalar inkişaf etdirirlər. Onlar inanırlar ki, L. inersə nəzarət uşaqlıq boynu xərçəngi olan xəstələrin sağ qalma nisbətini yaxşılaşdıra bilər.

Samir

0