Evdən işləmək hər kəs üçün çox rahat kimi görünsə də, fəsadları olduğu ortaya çıxıb.
HİT.az xatırladır ki, pandemiyadan sonra bir çox iş online rejimdə fəaliyyət göstərməyə başlayıb.
Lakin son aylarda fiziki və psixoloji şikayətlərlə evdən çalışan insanların səhiyyə müəssisələrinə müraciət nisbətinin xeyli artdığı müşahidə olunub. Həmçinin, onlayn rejimdə işləməyin evdəki auraya da mənfi təsir etdiyi məlum olub. Hətta evdən çalışmağın boşanmaları belə artırdığı statistikalarla ortaya çıxıb.
Ekspertlər bildirir ki, evdən işləmək adiləşdikcə, bu şəkildə işləyənlər arasında sağlamlıq problemləri artır. Artıq bəzi insanlara stresslə bağlı müxtəlif fiziki və ya ruhi xəstəliklər diaqnozu qoyulub, onların müalicələrinə başlanılıb. Evdən işləyənlərdə görülən əsas psixi problemlər depressiya, narahatlıq pozuqluğu, panik pozğunluğu, tükənmişlik sindromu, şiddət və alkoqol asılılığıdır.
İş yerləri və ofislərin insanların işini yerinə yetirərkən emosional bağlar və dostluqlar qurduqları və bəzən psixoloji dəstək aldığı mühitlər olduğu bildirilir. Evdən işləmə sistemi isə fərdin ən təbii ehtiyaclarından biri olan sosiallaşma ehtiyacını ödəmir. Bir çox araşdırmalar göstərib ki, evdə işləmək evlilik xoşbəxtliyinə də mənfi təsir göstərir.
Pərviz