Həkim insan ömrünün müddətini müəyyən edən sadə test hazırladı

19:38 / 30.10.2023
687

Amerika uzunömürlülük klinikasının rəhbəri doktor Pol Savic insanın ömrünü müəyyən edə bilən 38 sualdan ibarət test hazırlayıb. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Testdən istifadə edərək gözlənilən ömür müddətini müəyyən etmək üçün istifadəçi yaşını, çəkisini və boyunu göstərməlidir. Daha sonra şəxs gündəlik fəaliyyət səviyyəsi, nə qədər tez-tez məşq etməsi, pis vərdişləri, sosial aktivliyi və ailə xəstəlik tarixi ilə bağlı suallara cavab verməlidir.

Bəzi suallar insanın yemək vərdişlərini təhlil etməyə yönəlib - istifadəçinin nə qədər tez-tez tərəvəz və meyvə yediyinə, nə qədər zeytun yağı istehlak etdiyinə cavab vermək tələb olunur. İstifadəçilərdən yuxu müddəti və keyfiyyəti, stress səviyyələri və yorğunluq barədə də soruşulur.

Yekun nəticə testin sonunda illərlə göstərilir və yalnız təxmini rəqəmdir. Bununla belə, potensial ömrünüz orta səviyyədən aşağıdırsa, bu, sağlamlığınıza əlavə diqqət yetirmək üçün bir səbəbdir.

Samir

0