Stressə müsbət münasibət xərçəng və digər xəstəliklərlə mübarizədə kömək edə bilər.
HİT.az xəbər verir ki, bunu psixologiya elmləri namizədi Aleksandr Blinkov deyib.
"Alimlər sübut ediblər ki, insanların 43%-ə qədəri xərçəng və stressin təhlükəli olduğuna inanaraq ölür. Dəhşətli diaqnozu öyrənən xəstələr bədənlərindəki dəyişikliklərin geri dönməz olduğuna və ölümün qaçılmaz olduğuna əmin olurlar. Stress, əksinə, xəstəliyin öhdəsindən gəlməyə kömək edir. Məsələn, bədənin stresə verdiyi reaksiyalardan biri də sürətli nəfəsdir. İnsanda kifayət qədər oksigen yoxdur, bu vəziyyət hipoksiya adlanır. Bu zaman xərçəng hüceyrələrinin böyüməsində azalma ola bilər və immunitet sistemi onlarla daha effektiv mübarizə aparmağa başlayır", deyə Blinkov qeyd edib.
Yüksək səviyyədə stress keçirənlər, stresin sağlamlıqları üçün zərərli olduğuna inansalar, ölmək ehtimalı 43% daha çox olar. Əksinə, çox stress keçirən, lakin onu zərərli kimi qəbul etməyənlər, çox az stress keçirən insanlar da daxil olmaqla, tədqiqatda iştirak edən hər hansı digər qrupla müqayisədə ən az ölüm ehtimalı olanlardır.
Samir