Saçlarda quruluq, saçların tökülməsi, saçqıranların saçlara düşməsi və kəpək problemi də məhz payız aylarında özünü daha çox göstərir.
Bundan başqa, saçları düzgün fenləməmək, boyamaq da saçları qurudur və gücsüzləşdirir.
Kosmetoloq Aynurə Həsənova Hit.az-a açıqlamasında qeyd edib ki, yay fəslindən sonra saçlar çox gücsüzləşir. Dəniz suyu, günəş şüaları saçları soldurur, gücdən salır, onları qurudur və tökülməsinə səbəb olur. Saçın kökü başın dərisindən qidalanır. Bu qidalanma zəif olanda isə saçlar sürətlə tökülür:
"Saç tökülməsinin səbəbini öyrəndikdən sonra onun qarşısını almaq olar. Amma saçlar mütəmadi olaraq tökülürsə, evdə hazırlanmış və satışda olan saç tökülməsinin qarşısını alan və qidalandırıcı maskalardan istifadə etmək olar. Ümumiyyətlə, saçların boyanması saçlara zərər vurur. Boyaların tərkibində olan kimyəvi maddələr saçlara təsir edərək, onları qurudur, gücdən salır. Bunun üçün mütləq saçları boyadıqdan sonra nəmləndirici maskalar etmək və nəmləndirici şampunlarla yumaq lazımdır".
Sevinc