"Tesla"nın ən ucuz avtomobili bu ölkədə istehsal EDİLƏCƏK

MARAQLI
16:08 / 07.11.2023
817

ABŞ-ın məşhur avtomobil istehsalçısı "Tesla"nın yeni ucuz avtomobillərinin harada istehsal olunacağı bəlli olub.

HİT.az xəbər verir ki, sözügedən avtomobillər Almaniyanın Berlin şəhərində istehsal olunacaq.

Sözügedən elektromobillər "Model 2" adlanacaq. "Tesla"nın bu modeldən 42 milyon ədəd istehsal edərək satışa çıxarması gözlənilir. 

Şirkətin Berlindəki fabrikində istehsal olunacaq modellərin qiyməti isə 25 min dollar olacaq. Yəni "Model 2" "Tesla"nın indiyə kimi satılan ən ucuz avtomobili statusunu daşıyacaq.

Pərviz

0