Bir-birindən fərqli 10 fakt \"HİT Məlumatlar\"da

19:46 / 15.11.2023
802

Öyrənməyi sevən insanlar daima yeni məlumatların axtarışında olurlar.

Üstəlik, hər yeni məlumat öyrənmək beynimizi və düşünmə bacarığımızı da gücləndirir. Bu, həm də bir çox sahədə fikir sahibi olmağımıza kömək edir. Ümumiyyətlə, çox məlumatlı olan insan hər zaman daha uğurlu olur. Onu da nəzərə almaq lazımdır ki, müxtəlif mövzular haqqında məlumatlar bilmək insanı çox yaxşı həmsöhbət də edir.

HİT.az saytı olaraq yeni bir rubrikaya start veririk. "HİT Məlumatlar" adlı rubrikamızda hər dəfə bir-birindən maraqlı məlumatları diqqətinizə çatdıracağıq. 

Hazırsınız? Başlayırıq...

"HİT Məlumatlar" bir-birindən fərqli 10 maraqlı faktı təqdim edir:

1. Səhərlər yuxudan ayılmaqda çətinlik çəkirsiniz? Onda bu məlumat sizin üçündür. Səhər saatlarında alma yemək kofe içməkdən daha çox yuxunuzu qaçırır.
2. Ağlınıza gəlməyəcək 2 statistik məlumatlarla davam edirik. Əl dırnaqlarımız ayaq dırnaqlarımızdan 4 dəfə daha sürətlə uzanır.
3. İçdiyimiz suyun isə 3 milyard il yaşı var.
4. Ətrafınızdakı avtomobillərin sayının durmadan artdığını düşünürsünüz? Bəli, bu, doğrudur. Çünki dünyadakı avtomobil sayı insan sayından 4 dəfə daha sürətlə artır.
5. İnsan sayı ilə bağlı daha bir maraqlı faktla davam edirik. Belə ki, dünyadakı toyuq sayı insan sayından daha yüksəkdir.
6. Tez-tez qidaların xarab olması ilə bağlı gileylənirik. Amma bir qida var ki, xarab olmur. Yəni dünyada əsla xarab olmayan yeganə qida məhz baldır.
7. Siçanlardan qorxan və tələ quran insanlar üçün qeyri-adi bir qadağa ilə davam edirik. ABŞ-ın Ohayo ştatında lisenziya almadan siçan ovlamaq qanunla qadağandır.
8. Sıra həyat qurtaran məlumatdadır. Unutmayın, klinik ölümdən sonra insan 5 dəqiqə ərzində həyata qaytarıla bilər. Çünki beyin hüceyrələri ürək dayandıqdan 5 dəqiqə sonra ölməyə başlayır.
9. Ağcaqanadların dişləməsi sizi incidir? Səbəbi heç vaxt təxmin edə bilməzdiniz. Çünki ağcaqanadların 47 ədəd dişi olur.
10. Hər kəsin barmaq izi özünəməxsusdur. Lakin barmaq izi kimi hər kəsin dil izi də fərqlidir.

Pərviz

0