Bunları bilmirsiniz? - Maraqlı faktlar

MARAQLI
18:00 / 21.11.2023
1309

Bu dəfə də bir-birindən maraqlı məlumatları diqqətinizə çatdıracağıq.

Yenə də komik, maraqlı, qəribə və hətta tükürpədici faktlar seçmişik. Unutmayın, bəzən bildiyimiz bir məlumat sizi zəngin edə bilər. Bəzən də bildiyiniz fakt həyatınızı xilas edə bilər. Bəlkə də aşağıda oxuduğunuz məlumatlardan hansısa sizin üçün faydalı olacaq.

"HİT Məlumatlar" maraqlı faktlar seriyasına davam edir:

1. Çox qəribə bir faktla başlayırıq. Belə ki, dünyadakı canlılar arasında sadəcə dovşan və tutuquşular başlarını çevirmədən arxalarını görə bilirlər. 
2. Əfsanəvi "Titanik" gəmisi ilə bağlı maraqlı məlumatla davam edirik. Deməli, "Titanik" gəmisinin inşasına 7 milyon dollar xərclənmişdi. Amma eyni adlı filmin çəkilişi isə tam 200 milyon dollara ərsəyə gəlmişdi. Bəlkə də, "Titanik" filminin bu qədər çox rekord qırması və dünya film tarixinə adını yazdırması da heç bir xərcdən qaçılmaması idi.
3. Şok olmağa hazırsınız? Çünki hər asqırdığımız zaman beyin hüceyrələrimizin bir qismi ölür.
4. Gülüşün hər zaman insan ömrünü artırdığı deyilir. Əslində bu tibbi cəhətdən də doğrudur. Ona görə ki, gülüş stress hormonlarını azaldır və immunitet sistemini gücləndirir. Bu isə sağlamlığımıza müsbət təsir göstərir. Yəni gülmək həqiqətən də ömrümüzü uzadır.
5. Onda elə gülüşlə davam edək. Gün ərzində neçə dəfə gülürsünüz? Alimlər bunu da hesablayıb. Məlum olub ki, 6 yaşlı uşaq gündə orta hesabla 300 dəfə, böyüklər cəmi 15-100 dəfə gülür. Fərq həqiqətən çox kəskindir...
6. Soğan doğrayanda gözləriniz yaşanır? Bunun da qarşısını almağın yolu tapılıb. Deməli, soğan doğrayansa saqqız çeynəmək gözlərinizin yaşarmasının qarşısını alır.
7. Asqırmala bağlı bir faktımız daha var. Amma bu, bir az tükürpədici ola bilər. Asqırarkən heç vaxt burnunuzu və ağzınızı eyni vaxtda örtməyin. Əks təqdirdə, gözləriniz yerindən çıxa bilər. Həkimlər bu barədə ciddi xəbərdarlıq ediblər.
8. Bəzən mediada və ya kinolarda xəstəxanalarda yeni doğulan uşaqların dəyişik düşdüyünü görürük. Əslində isə bu çox ciddi bir problemdir. Belə ki, dünyada hər gün 12 yeni doğulmuş körpə yanlış ailəyə verilir. Olduqca dəhşətli statistikadır...
9. Baş bütün canlılarda yaşamaq üçün əsas bədən üzvü olmaya bilir. Məsələn, tarakanların başı qopsa da bir neçə həftə yaşamağa davam edirlər.
10. Əyləncəli bir məlumat ilə siyahımızın sonuna çatırıq. Zürafələr təxminən 53 sm uzunluğunda olan dilləri ilə öz qulaqlarını təmizləyə bilirlər.

Pərviz

0