Gözəl görünmək bütün qadınların ən böyük arzusudur. Bu böyük arzunu həyata keçirmək isə indiki zamanda o qədər də çətin deyil. Qadınlar çox zaman öz görkəmlərini bəyənməyib, müxtəlif süni yollara əl atırlar. Depressiyaya düşən, stresdən çıxmaq istəyən qadın, ilk növbədə, öz saçlarına əl gəzdirir. Qadın üçün saç dəyişimi dedikdə isə ilk növbədə saçların boyanması nəzərdə tutulur.
Saçlara ən çox zərər verən, saç telini köhnəldən boyalar qalıcı boyalardır. Qalıcı boyaların tərkibində olan turşular saç telinə işləyərək istənilən rəngi almasını təmin edir. Keçici saç boyaları isə saç telinə yapışan boya parçacıqlarından ibarətdir və saç telinə nüfuz etmir. Bir çox saç boyalarının tərkibində rəng piqmentlərini dəyişdirmək üçün hidrogen peroksit olur.
Kosmetoloq Aynurə Həsənova Hit.az-a açıqlamasında qeyd edib ki, saçlar tez-tez boyandığı halda quruyur, sərtləşir və tökülməyə başlayır. Nizamlı olaraq saç boyaları isə irəliləyən yaşlarda saçları seyrəkləşir:
"Saçlarınızın boyanın təsirindən nə qədər köhnəldiyini test etmək üçün bir saç telinizi ləyəndə olan suya atın. Əgər saçınız batmırsa, deməli, sağlamdır. Yaş keçdikcə, saçların tərkibi də boyaların təsirindən dəyişir. Belə ki, yaşlandıqca saçların yumşaqlığını təmin edən sebum istehsalı azalır və saçlar daha kövrək olur. Bəziləri saçlarına parlaqlıq vermək, bəziləri fərqli bir rəng, çoxu isə ağ saçları gizləmək üçün saçlarını tez-tez rəngləyir. Boyanın incə telli saçları qalınlaşdırdığı deyilsə də, tərkibində kimyəvi maddələr olan saç boyaları saça çox zərər verir".
Sevinc