Hər gün müxtəlif quşların elektrik kabellərinin üzərinə qonduğuna şahidlik edirik.
Həmçinin, onları yüksək cərəyan olan yerlərdə belə "tok" vurmadığını qeyd etmək lazımdır. Bu isə zaman-zaman müzakirə predmetinə çevrilir. Yəni quşları nə üçün elektrik vurmadığı insanlar üçün maraq kəsb edib.
Maraqlıdır, nə üçün quşları "tok" vurmur?
HİT.az bu suala cavab tapmağa çalışıb.
Elektrik dirəklərində həmişə 2 naqil olur. Quşlar isə adətən tək bir naqilin üzərinə qonduqları üçün onları "tok" vurmur. Əslində, onlar hər iki naqilə eyni anda qonsa zərər görə bilərlər. Yəni quş hər iki naqilə eyni anda toxunacağı zaman elektrik cərəyanına məruz qalır.
Lakik tək naqildəki elektrik cərəyanı quşun bədənindən keçmir. Çünki quşun bədənindəki müqavimət bir elektrik naqilindəki müqavimətdən daha böyükdür. Bununla belə, bir ayağını alçaqda olan elektrik naqilinə, digərini ayağını isə torpağa eyni anda qoymaq da quşun ölməsinə gətirib çıxara bilir.
Pərviz