Kim dualı pul qabını alsa, pulu aşıb daşacaq - İnanaqmı?

MARAQLI
21:32 / 28.11.2023
751

Son vaxtlar sosial şəbəkədə yeni fırıldaqçılar peyda olub.

Onlar pul qazanmaq istəyən sadəlövh adamların etibarından istifadə edərək onlara şirnikləndirici vədlərlə aldadır, onlara müxtəlif aksesuarları dəyərindən 10-15 dəfə baha qiymətə satırlar.

Guya onların təqdim etdikləri pulqablarında, muncuqlarda, bəzək daşlarında qeyri-adi hikmət var.

Hər kim bu pulqabını üstündə gəzdirsə, onun pulu aşıb-daşacaq. Beləcə, asan yolla varlanmaq istəyən adamları fırıldaqçılar aldadaraq, mallarını dəyərindən qat-qat baha qiymətə satırlar.

İlahiyyatçı Tural İrfan Hit.az açıqlamasında bildirib ki, bu Allaha şərik qoşmaq deməkdir. Allahdan ümidini üzməkdir. Çünki, hər bir insan öz əməyinin və əməlinin qarşılığında mükafatını alır. Heç bir faydalı əməklə məşğul olmayan insan nə qədər də pul kisəsi alsa da onun cibi pulla dolmayacaq: 

"Bunlar hamısı xurafatdır, mövhumatdır. XXI əsrdə buna inanmaq sadəcə ağılsızlıqdır. Pulqabı pulqabıdır də, nə fərqi var? Pulqabı almaqla varlanmaq mümkün olsa idi, onda elə hər kəs özünə gündə bir pulqabı tikərdi. Bu tip cəhalətin və fırıldaqçılığın qarşısını almaq üçün hökmən maarifləndirmə işi aparılmalıdır. Araşdırmaq lazımdır ki, bu cür material6 cahilliyin göstəricisidir".

Sevinc

0