Bu günə qədər belə hesab olunurdu ki, idman sağlamlığın rəhnidir. Son araşdırmalar isə göstərib ki, idman qocalma prosesini sürətləndirə bilər.
Finlandiyada alimlər 45 illik tədqiqat nəticələrinə əsasən bu qənaətə gəlib. Tədqiqatın nəticələri Finlandiyada mükafata layiq görülsə də, hələ dünya ekspertlərinin qiymətləndirməsindən keçməyib.
Əvvəlki çoxsaylı araşdırmalar göstərir ki, daha çox idman edən insanlar daha uzun və sağlam ömür sürürlər. Lakin bu dəfə Jyvaskyla Universitetinin tədqiqatçıları bunu əksini iddia ediblər. Onlar müəyyən ediblər ki, fiziki aktivlik böyük mənzərənin yalnız kiçik bir hissəsi ola bilər və bəzi hallarda sağlamlığa son dərəcə mənfi təsir göstərə bilər. Araşdırma aparmaq üçün 1975-2020-ci illər arasında 11 mindən çox eynicinsli Fin əkizləri analiz edilib.
İştirakçılar gündəlik fiziki fəaliyyətlərinin vaxtını və intensivliyini bildiriblər və dörd qrupa bölünüblər: oturaq, orta aktiv, aktiv və çox aktiv. Alimlər bu nəticəyə gəliblər ki, ən az məşq edənlərin müntəzəm olaraq aktiv həyat sürən insanlara nisbətən 45 il ərzində ölmə ehtimalının təxminən 20 faiz daha çoxdur. Ancaq təhsil, bədən kütləsi indeksi (BMI), siqaret və spirt istehlakı kimi həyat tərzi faktorları göstəriciləri əhəmiyyətli dərəcədə azalıb. Daha yüksək məşq səviyyəsinin əlavə fayda vermədiyi aktiv qrupla müqayisədə, oturaq həyat tərzi keçirən qrupun erkən ölmə ehtimalı yalnız yeddi faiz çox olub.
Araşdırmalar onu da göstərib ki, çox az və ya çox məşq edənlərdə bioloji qocalma sürətlənir. Tədqiqatçılar hesab edirlər ki, daha çox məşq etmək ömrü uzatmır, sadəcə ümumilikdə daha sağlam bir həyat sürürlər. Bununla belə həddən artıq idmanla məşğul olmağı tövsiyə etməyiblər.
Anestezioloq və reanimatoloq Şahin Məmmədov mövzu ilə bağlı şərh verib. O, bildirib ki, 10 dəqiqəlik idman və həftədə 3 dəfə hər dəfə 30 dəqiqəlik idmanın nəticələri eynidir.
"Tədqiqat göstərib ki gündə cəmi 10 dəqiqəlik idman və həftədə 3 dəfə hər dəfə 30 dəqiqəlik idmanın nəticələri eynidir. Vaxtınız məhtuddursa gündə cəmi 10 dəqiqə məşğul olsanız yetərlidir. Əzələ piy nisbətinin dəyişməsi, respirator və kardiovaskulyar sistemin funksional göstəricilərində yaxşılaşma dair nəticələrdə eyni göstəricilər əldə olunub".//Publika.az