Heyvanlar haqqında ən qəribə 10 FAKT

23:43 / 12.12.2023
884

Elə məlumatlar var ki, onları həyatımızda sadəcə bir dəfə görür və ya eşidirik. 

Bu rubrikamızda da məhz belə məlumatlara yer veririk. Növbəti dəfə sevimli dostlarımız barədə maraqlı məlumatlara nəzər salacağıq. Söhbət heyvanlardan, quşlardan və həşəratlardan gedir. 

HİT.az onlar barəsində ən qəribə 10 faktı təqdim edir:

1. İnanılmaz bir faktla başlayırıq. Milçəyin sürətinin saatda 8 kilometrə qədər çatdığı məlum olub. 
2. İnsanların barmaq izi fərqli olduğu kimi itlərin də burun izləri bir-birindən fərqlənir. Ona görə də itlər yeməklərini basdıranda burunları ilə iz qoyurlar. 
3. Pişiklər və itlər də insanlar kimi sağ əllərindən daha çox istifadə edirlər. 
4. Xərçənglərin kökəlmədiyini bilirdiniz? Deməli, xərçəng 7 ildə sadəcə yarım kilo çəki ala bilər.
5. Ən qeyri-adi faktlardan birinə nəzər salırıq. Belə ki, ilbizlərin təxminən 25.000 dişi var.
6. Elə dişlərlə davam edək. Ağcaqanadların isə 47 dişi var.
7. Böyük bir delfinin gündə iki ton qida yediyi məlum olub. 
8. Qanın hər zaman qırmızı olduğunu düşünürsünüz? Bu, heç də belə deyil. Çünki xərçənglərin qanı mavi rəngdədir. 
9. Bir çox canlının əksinə olaraq fillər yatmağı sevmirlər. Onlar, orta hesabla gündə cəmi iki saat yatır.
10. Bəzən pişiklərlə şirin qidalar veririk. Amma onlar üçün bunun heç bir fərqi yoxdur. Ona görə ki, pişiklər şəkərin dadını ayırd edə bilmirlər. 

Pərviz

0