Ayaq biləyinin şişməsi hansı xəstəliklərin xəbərçisidir? - Kardioloq

MARAQLI
23:20 / 20.12.2023
1994

"Əgər ayaq biləkləriniz daim şişirsə, dərhal həkimə müraciət etməlisiniz". 

HİT.az xəbər verir ki, bu barədə Britaniya Ürək Fondunun Qabaqcıl Araşdırmalar Mərkəzinin professoru, kardioloq Devid Nyubi "Daily Mirror"a deyib.

Mütəxəssisin fikrincə, topuq nahiyəsində vizual olaraq nəzərə çarpan şişkinlik ürək-damar xəstəliklərinin əlamətlərindən biridir. O izah edib ki, ürəyin aşağı kameralarından bir və ya ikisi qanı düzgün şəkildə vurmağı dayandırdıqda belə hadisələr baş verə bilər. Bu vəziyyətdə həkim, mayenin ayaqlarda, peritonda və hətta ağciyərlərdə toplana biləcəyini deyib.

Eyni zamanda, Devid Nyubi vurğulayıb ki, topuqların şişməsi mütləq ürək xəstəliyini göstərməyə bilər. Digər səbəblər də ola bilər, məsələn, qan təzyiqini sabitləşdirmək üçün dərman qəbul etmək, çox miqdarda duzlu yeməklər qəbul etmək, hamiləlik və ya premenstrüel sindrom səbəbindən ayaq biləyi şişə bilər.

Şişkinlik mütəmadi olaraq görünürsə və digər simptomlarla müşayiət olunursa, aritmiya, sinə ağrısı, tərləmə, boğulma hissi və daimi yorğunluq ola bilər. Qol və ayaqlar, qarın, bel və çənədəki ağrılar da ürək xəstəliyini göstərə bilər.

Samir

0