Ən qəribə 10 məlumat - SİYAHI

MARAQLI
22:08 / 22.12.2023
646

Öyrənmək heç vaxt gec deyil. 

Hər zaman oxumağa, öyrənməyə və yeni biliklər qazanmağa çalışmalıyıq. Öyrəndiyimiz məlumatların həmişə elmi olması da labüd deyil. Çünki istənilən sahəyə dair əldə etdiyimiz məlumatlarla zehnimizi inkişaf etdirə bilərik. Araşdırmalar zamanı məlum olub ki, öyrəndiyimiz hər fakt beynimizin daha yaxşı düşünməsinə gətirib çıxarır. 

HİT.az növbəti dəfə bir-birindən maraqlı məlumatları sizlər üçün təqdim edir:

1. Qədim Misirdə pişiklər müqəddəs heyvan hesab olunurdu və onlar öləndə insanlar öz ehtiramlarını göstərmək üçün qaşlarını qırxırdılar.

2. Arıqlamaq istəyənlər üçün çox maraqlı bir məlumatı diqqətə çatdırırıq. Əgər yuxu rejiminizə diqqət etsəniz və vaxtında yatsanız daha çox kalori itərə bilərsiniz. 

3. Heyvanların böyük əksəriyyəti yeni doğulanda müdafiəsiz olurlar. Lakin bu siyahıya kobra ilanları daxil deyil. Çünki onlar yumurtadan çıxandan cəmi 2-3 saat sonra ölümcül zəhərə sahib olurlar. 

4. Solaxaylarla bağlı tükürpədici faktla davam edirik. Hər il təxminən 2500 solaxayın sağ əllər üçün hazırlanmış alətlərdən istifadə edərkən öldüyü ortaya çıxıb. 

5. Dəvəquşunun gözü beynindən daha böyükdür.

6. Yanlış bilinən məlumatın əslinə baxaq. Əksər insanlar ananasın meyvə olduğunu düşünürlər. Amma bu, doğru deyil. Çünki ananas tarlada bitir və meyvə deyil.

7. Sizcə, bütün südlər ağ olur? Əlbəttə ki, xeyr. Məsələn, begemot südü çəhrayı rəngdə olur. 

8. İnəklərin də dostluğa önəm verdiyi məlum olub. Onlar, dostlarından ayrıldıqda stres yaşayırlar.

9. Dəhşətli bir statistikaya nəzər salacağıq. Belə ki, Everest dağında 200-dən çox cəsəd var. Nə qədər qəribə olsa da, həmin cəsədlər alpinistlər tərəfindən təyinat yeri kimi istifadə olunur.

10. Venera digər planetlərdən fərqlənir. O, saat əqrəbi istiqamətində fırlanan yeganə planet ünvanına sahibdir. 

Pərviz

0