Ən qəribə Yeni il adətləri - 10 məlumat

MARAQLI
17:25 / 27.12.2023
1027

Bu həftə 2023-cü ilin son həftəsidir. 

Gələn həftə 2024-cü ili qarşılayacağıq. Hər bir xalqın yeni ili qeyd etmə forması və adət-ənənələri özünəməxsusdur. Biz də yeni il öncəsi dünyanın müxtəlif ölkələrinin maraqlı adətlərini sizlər üçün bir araya gətirdik. 

HİT.az Yeni il bayramı ilə bağlı ən qəribə məlumatların siyahısını təqdim edir:

1. Nə qədər qəribə görünsə də, Danimarkada yeni ilə şanslı başlamaq istəyən hər kəs evinin qarşısında boşqab sındırır. 
2. Bəzi ölkələrdə yeni ildən əvvəl bütün evi süpürməklə bədbəxtliyin aradan götürüldüyünə inanılır. Bu, bir növ bizim Novruz Bayramı ənənəsinə də bənzəyir. 
3. Yaponiyanın Kioto şəhərində hər Yeni il bayramında maraqlı yarış keçirilir. Belə ki, sözügedən bayram münasibətilə keçirilən marafonda yüzlərlə "Şaxta baba" yarışır. Bu da insanların, xüsusilə də uşaqların marağına səbəb olur. 
4. Bir qəribə adət də Almaniyadadır. Orada da bəzi insanlar heyvan kimi geyinərək hər tərəfə tikanlı bitkilər bağlayırlar. 
5. İngiltərədə isə insanlar 31 dekabrda donmuş dənizə girir və yeni ildə uğur əldə etmək üçün dalğalara qarşı üzməyə çalışırlar.
6. İtaliyanın Urbaniya şəhərində cadugər qiyafəsində olan xalalar isə uşaqlara şirniyyat paylayırlar. 
7. Kolumbiyada isə yeni il ərəfəsində əllərində çamadanlarla küçələrdə qaçan insanlar görmək mümkündür. Onlar, yeni ildə səyahət edə bilmək üçün bu addımı atırlar. 
8. Yaponların da yeni ili qarşılama forması maraqlıdır. Onlar, 31 dekabrda saat 00:00 olanda yüksək səslə gülməyə başlayırlar. Bununla da bütün ili gülərək keçirəcəklərinə inanırlar. 
9. Cənubi Afrikada isə yeni ilin əvvəlində hər kəs köhnə ev əşyalarını pəncərədən çölə atır. Bununla da uğursuzluqlarından xilas olduqlarına inanırlar.
10. Taylanda isə yeni ilə təmizlənərək girmək üçün insanlar bir-birlərinin üzərinə su tökürlər. Hətta şlanqlarla bir-birinə su səpən insanları görə bilərsiniz. 

Pərviz

0