Beyin xərçəngi niyə müalicə olunnur? - Yeni araşdırma

MARAQLI
22:17 / 12.01.2024
674

ABŞ-ın Mayami Dövlət Universitetinin tədqiqatçıları qlioblastomanın müalicəyə davamlı olmasının səbəbini müəyyən ediblər. Məlum olub ki, xərçəng hüceyrələri terapiyadan qaçmaq üçün neyronları təqlid edir. 

HİT.az xəbər verir ki, alimlərin işinin nəticələri “Cancer Cell” jurnalında dərc olunub.

Qlioma beyin və ya onurğa beynindəki glial hüceyrələri təsir edən bir şişdir. Bu, ən çox görülən birincili şişdir və eyni zamanda ən ağır və rezeksiyası çətin olan beyin şişidir. Qlioblastoma sağalmaz xəstəlik hesab olunur, xəstələrin orta sağ qalma müddəti təxminən 15 aydır.

Tədqiqatın müəllifləri qlioblastoma hüceyrələrində zülalların tam dəstini və hüceyrələrdə ferment aktivliyini göstərən bu zülalların xüsusi modifikasiyalarını öyrənmək üçün nəzərdə tutulmuş platformadan istifadə ediblər. Məlum olub ki, BRAF zülalı qlioma müalicəsi üçün potensial hədəf ola bilər - o, dəyişməz olaraq qalır və xərçəng hüceyrələrini təqlid edə bilər.

Siçan modellərində BRAF inhibitorunun (hüceyrələrdə müxtəlif prosesləri boğan maddə) sınaqları uğurlu olub. Gələcəkdə alimlər tədqiqat və yeni müalicə taktikalarının işlənib hazırlanmasını davam etdirəcəklər.

Samir

0