Ağız qoxusunun əmələ gəlməsinə SƏBƏB NƏDİR? 

MARAQLI
13:12 / 15.01.2024
644

"Ağızdan qoxu gəlməsinin müxtəlif səbəbləri var".

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ağız qoxusunun əsas səbəblərindən biri diş daşlarıdır:

341781

"Çünki diş daşları içərisində və ətrafında müxtəlif infeksiyalar saxlayır. Onlar isə ağızdan qoxu gəlməsinə səbəb olur. Həmçinin, çürük dişlər də buna gətirib çıxara bilir. Çürük dişdə olan infeksiya da daima iy verir. 

Bundan başqa, damaq xəstəlikləri də ağız qoxusunun səbəblərindən biridir. Sözügedən parodont xəstəliklər damağın və ağız boşluğunun selikli qişasının iltihabı və xroniki formada olur. Onda isə dişlərdən daha pis qoxu gəlir. Həmin xəstələr dişlərini fırçalayanda həmişə diş fırçasında qan izlərinə rast gəlirlər. Bu da diş ətinin əsas xəstəliyindən biridir".

Həkim digər səbəbdən də söz açıb:

"İnsanın mədəsində turşuluq çox olanda yemək borusunun mədəyə keçən hissəsində olan sfinktor bir az boşalır. Bağırsaqların içərisində mikroblar artıqca da qoxu əmələ gəlir. O da müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Amma ağızdan qoxu gəlməsi bütün bunların hamısının eyni anda olması demək deyil. Adətən bu problemlərdən biri olur, onu da aradan qaldıran kimi ağız qoxusu keçib gedir".

Pərviz

0