Acı bibərin faydaları nələrdir?

MARAQLI
17:00 / 17.01.2024
590

"Acı bibərin faydalarından biri onun tərkibində olan kapsaisin maddəsidir". 

Bu sözləri qida məsələləri üzrə ekspert Ağa Salamov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu maddə Çili bibərinin sortuna aiddir:

"Elm adamları da məhz onun tərkibində kapsaisin aşkar etdilər. Beləliklə, onun faydalı bir element olduğu üzə çıxdı. Ümumiyyətlə, acı bibər beyin funksiyalarını yaxşılaşdırır, immun sistemini və həzm prosesini gücləndirir. Həmçinin, ürək sağlamlığını dəstəkləyir və xərçəng riskini azaldır".

341948

Həmsöhbətimiz vurğulayıb ki, kapsaisin maddəsi insan üçün olduqca faydalıdır:

"Xüsusilə, ürəyə faydasını qeyd etmək lazımdır. Çünki xolesterinlərin səviyyəsini aşağı salır. Bu da öz növbəsində ürək üçün çox faydalıdır. İdmanla məşğul olan insanlara da kalorini yandırmaq üçün acı bibərdən müəyyən qədər istifadə etmək tövsiyə olunur. Həmçinin, xəstələr də həkim məsləhəti ilə onu istehlak edə bilərlər.

Onu da əlavə edim ki, acı bibərin tərkibindəki kapsaisin maddəsi maddələr mübadiləsinin sürətlənməsinə də kömək edir. Bu da həm idman edən, həm də pəhrizdə saxlayan insanların arıqlaması üçün olduqca effektivdir". 

Pərviz

0