Kəpəkdən xilas olmaq üçün 3 TƏBİİ ÜSUL

MARAQLI
16:57 / 18.01.2024
570

Dünən saçlarda kəpəyin əmələ gəlməsinə səbəb olan faktorlardan bəhs etdik. 

Bu gün isə kəpəklə mübarizə üsullarını diqqətinizə çatdıracağıq. Hər yaş qrupundan olan insanlarda rast gəlinən kəpək problemi ilə mübarizə üçün xüsusi şampunlardan istifadə olunur. Lakin bir çox problemdə olduğu kimi kəpək problemindən xilas olmaq üçün də təbii yollar var.

Hit.az kəpək problemindən xilas olmaq üçün təbii yolları təqdim edir:

1. Çay ağacı yağı
Çay ağacı yağı güclü antibakterial təsiri ilə baş dərisindəki kəpəyə və qabıqlanmaya qarşı effektiv həll təklif edir. Deməli, 1 çay qaşığı çay ağacı yağı bir stəkan su ilə qarışdırılaraq baş dərisinə masaj etmək kəpək və bakteriyaları məhv edir. Bunu həftədə bir dəfə müntəzəm istifadə etmək baş dərisini təmizləyir və kəpək əmələ gəlməsini azaldır.

2. Alma sirkəsi
Alma sirkəsi kəpəyə qarşı olduqca effektlidir. Çünki o, baş dərisindəki pH səviyyəsini tarazlayaraq baş dərisini sakitləşdirir. Alma sirkəsi həm də ölü dərini təmizləyir, baş dərisinin nəfəs almasını təmin edir, kəpək və qabıqlanmanın qarşısını alır.

Belə ki, bir stəkan suya əlavə edilən 1 xörək qaşığı alma sirkəsi qarışığı saç köklərinə yumşaq masajla tətbiq edildikdə təsirli olur. 15-20 dəqiqə gözlədikdən sonra saçlar ilıq su ilə yuyulmalıdır. Nəticədə, bu sadə üsul saçın sağlamlığını dəstəkləyir və baş dərisinin tarazlığını qoruyur.

3. Şampununa aspirin əlavə etmək
Saçda kəpək probleminin qarşısını almaq üçün aspirindən də istifadə etmək olar. Çünki aspirin tərkibindəki salisilik turşu sayəsində baş dərisini yeniləyərək kəpək əmələ gəlməsinin qarşısını alır. 

Öncə 2-3 aspirini toz halına salın və istifadə etdiyiniz şampuna əlavə edin. Ardınca duş zamanı saçınızı şampunla yuyun, 3-4 dəqiqə saxlayın və sonra su ilə yuyun. Bu sadə üsul da öz növbəsində kəpəyi azaltmağa kömək edir və baş dərisini təmizləyir.

Pərviz

0