2024: rəqəmlərin cəmi və fərqi bizə nə vəd edir? - Müharibə, güc, dəyişiklik...

23:57 / 18.01.2024
549

İnsanlarda gələcəyi bilmək istəyi hər zaman güclü olub.

Bunun əsas səbəbi insanların özünü hadisələrə hazırlamaq istəyi ilə bağlıdır.

Təsadüfi deyil ki, hər il müxtəlif elm sahələrinin mütəxəssisləri növbəti illər üçün proqnozlarını açıqlayır.

Sıravi insanlar isə bunlarla yanaşı, şəxsi maraqlarına uyğun olaraq bu proqnozlarla tanış olurlar.

İnsanlar növbəti ildə onları və yaşadığımız dünyada nə baş verə biləcəyini öyrənmək üçün astroloqların, ekstrasenslərin, eləcə də numeroloqların proqnozları ilə yaxından maraqlanırlar.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan numeroloq Xəyal Məmmədov 2024-cü ilin dünyamız üçün nə vəd etməsi ilə bağlı sualları cavablandırıb.

"Daha əvvəl də demişdim ki, hələ 2028-ci ilə qədər dünyada vəziyyət çox dəyişkən olacaq. 2024-cü ildə 2 rəqəmlər sıfırlandıqda 4 rəqəmi tək qalır. 4 filtrasiya deməkdir. Yəni burada insanlar və ölkələr arasında münasibətlərin filtrasiyasından söhbət gedir. Bu insanlar və ölkələr arasında münasibətlərdə həlledici illərdəndir. 2024-cü ilin əsas mənası budur ki, pis münasibətlər yaxşıya doğru, yaxşı münasibətlər isə pisə doğru dəyişə bilər.

Pis münasibətlər isə birbaşa müharibələr deməkdir. Bildiyiniz kimi, artıq bu il başlayandan bəri Qırmızı dəniz böhranı yaşanır. Bu tək bir ölkəyə aid deyil, çox ölkələr arasında bu münasibətlərin dəyişməsini və korlanmasını müşahidə edəcəyik. 

Azərbaycanla bağlı vəziyyətə gəldikdə isə bizdə stabil olacaq. Təbii ki, fevralda baş tutacaq növbədənkənar prezident seçkilərindən sonra ölkədə struktur dəyişiklikləri baş tutması gözlənir. Bunu demək üçün heç numeroloq olmağa ehtiyac yoxdur", - deyə o söyləyib.

Qeyd edək ki, dünya mətbuatında da 2024-cü ilin numeroloji proqnozu rəqəmlərin cəmi ilə bir qədər fərqli izah edilir.
Belə ki, 2024-cü ili formalaşdıran rəqəmlərin cəmi (2+0+2+4=8) 8-ə bərabərdir.

"Cosmopolitan" nəşri yazır ki, "8" ili genişlənmə, maliyyə zənginliyi və gücü təcəssüm etdirən mövzularla doludur. Burada 8 enerji ilə əlaqəli bir neçə açar söz var: liderlik, güc, karma və sonsuzluq.

Bu illə əlaqəli başqa bir problem avtoritar və ya hökmran yanaşma potensialıdır.
Güc və səlahiyyət arzusu, empatiya və əməkdaşlıqla təmkinli olmasa, münaqişələrə səbəb ola bilər. Fərdlər özlərini təsdiqləmək və başqalarının perspektivlərinə hörmət etmək arasında sağlam tarazlığı qorumaq üçün ayıq olmalıdırlar.

8 rəqəminin karmik təsiri də etik seçimlərin vacibliyini vurğulayır. Bu müddət ərzində görülən tədbirlər uzunmüddətli nəticələrə səbəb ola bilər və məqsədlərə çatmaq üçün manipulyasiya və ya qeyri-etik davranışlara əl atmamaq üçün ehtiyatlı olmaq lazımdır. "8" ilinin qaranlıq tərəfi bizə hərəkətlərimizin özümüzə və ətrafımızdakılara daha geniş təsirini nəzərə almağı xatırladır.

0