İtlər haqqında bilmədiyiniz 10 FAKT

MARAQLI
21:15 / 06.02.2024
674

İnsanların ən çox bəslədiyi heyvanların başında itlər gəlir.

Onların sahiblərinə sadiqliyini və bağlılığını isə xüsusi qeyd etmək lazımdır. Üstəlik, itlər sahibindən ayrı olanda darıxırlar. Hətta dünyaya gəldikləri andan etibarən insanlara sevgi ilə yanaşan yeganə heyvan növünün it olduğu da məlum olub.

İt onun sahibi olduğunuzu başa düşdükdən sonra qoxunuzu mənimsəyir. Bu səbəblə də əşyalarınızın yanında yatmağa üstünlük verirlər. Beləliklə, özlərini daha rahat hiss edirlər. Həmçinin, itlər sahiblərini ən yaxın dostu kimi qəbul edir. Ona görə biz də onları sevgi ilə yanaşmalıyıq.

Bəs sevimli dostlarımız olan itlər haqqında nələri bilirsiniz? 

Hit.az itlər barəsindəki ən maraqlı 10 faktı təqdim edir:

1. İtlər doğulanda kar, kor və dişsiz olurlar. 
2. İtlər 14 min ildən çoxdur ki, insanlarla birlikdə yaşayırlar. Pişiklərdə isə bu göstərici 7 min ildir. 
3. Elmi araşdırmalar zamanı it sığallamağın təzyiqi aşağı saldığı sübut olunub. 
4. İtlər 2-3 yaşlarında olarkən uşaq ağlına sahib olurlar. 
5. İtlərdə 1700 dadbilmə və 1000-dən çox iybilmə hissi var. 
6. Dünyadakı it sayının 400 milyondan çox olduğu təxmin edilir.
7. Dünyada ən sürətlə artan heyvanlardan biri itlərdir. Çünki bir dişi it 7 il ərzində 150 bala dünyaya gətirə bilər. 
8. İtlərə qətiyyən alma və armud verməyin. Çünki alma və armudun içində olan toxumlar onları zəhərləyə bilir. 
9. İtlər təxminən 200 sözün mənasını öyrənə bilirlər. Onlar bu bacarıqlarına görə nələrisə öyrənməyə meyilli olurlar. 
10. İtlərin diş sayı insandan daha çoxdur. Belə ki, insanda 32, itdə isə 48 ədəd diş olur. 

Pərviz

0