Ağciyər xərçənginin bir növü digərinə çevrilə bilirmiş - Yeni araşdırma

MARAQLI
20:16 / 09.02.2024
495

ABŞ-ın Veill Kornell Tibb Kollecinin alimləri aşkar ediblər ki, adenokarsinoma adlanan ağciyər şişləri bəzən daha aqressiv kiçik hüceyrəli ağciyər xərçənginə çevrilərək ilkin effektiv müalicəyə cavab verir. 

HİT.az xəbər verir ki, bununla bağlı məqalə "Science" jurnalında dərc olunub.

Ağciyər adenokarsinomasının aqressiv kiçik hüceyrəli karsinomaya çevrilməsi prosesi histoloji transformasiya adlanır. Alimlər öz araşdırmalarında bu prosesin altında yatan mexanizmləri müəyyən etməyə diqqət yetiriblər. Bunun üçün onlar ağciyər xərçəngi olan laboratoriya siçanları üzərində bir sıra təcrübələr aparıblar.

Alimlər izah edib ki, aqressiv kiçik hüceyrəli ağciyər xərçəngi ən çox siqaret çəkənlərdə olur. Bununla birlikdə, epidermal böyümə faktoru reseptoru (EGFR) adlanan bir zülalı hədəf alan dərmanlarla müalicədən sonra ağciyər adenokarsinoması olan xəstələrin əhəmiyyətli bir hissəsində də tez-tez inkişaf edir. Bu protein şişlərin böyüməsini təşviq edir. Kiçik hüceyrəli ağciyər xərçənginin EGFR blokerləri ilə müalicəyə davamlı olduğu bilinir.

Siçanlar üzərində aparılan təcrübələrin nəticələri göstərib ki, bu transformasiya ağciyərlərin hava kisələrini əhatə edən epitel hüceyrələri ilə bağlıdır. Alimlər müəyyən ediblər ki, bu tip hüceyrə EGFR onkogeninə məruz qaldıqda xərçəngə çevrilməyə davamlı deyil. Onokogen, ifadə məhsulu bədxassəli bir şişin meydana gəlməsini stimullaşdıra bilən bir gendir.

EGFR və başqa bir onkogen olan Myc-nin aktivləşməsi müvafiq olaraq epiteliya və neyroendokrin hüceyrələrin xərçəngə çevrilməsi ilə əlaqələndirilib. Bununla belə, EGFR neyroendokrin hüceyrələrin tipinin dəyişməsinə, Myc isə epitel hüceyrələrinin dəyişməsinə təsir göstərməyib.

Alimlər yanlış hüceyrə tipində olan onkogenin "onkogen kimi fəaliyyət göstərmədiyini" irəli sürüblər. Onlar spesifik onkogenlərin fəaliyyətini boğmağa yönəlmiş yeni dərmanların hazırlanmasının zəruriliyini vurğulayılar.

Samir

0