Gürcüstan haqqında maraqlı 10 FAKT

MARAQLI
20:53 / 09.02.2024
825

Bu gün qonşu Gürcüstana nəzər salacağıq.

Gürcüstan Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanla həmsərhəddir. Ölkənin paytaxtı və ən böyük şəhəri Tiflisdir. Gürcüstan 69,700 kvadratkilometr əraziyə sahibdir. Oradakı əhalinin sayı 4 milyona yaxındır. Gürcüstanda çox sayda soydaşımız da yaşayır. Rəsmi rəqəmlərə görə ölkə əhalisinin 7 faizə qədərini azərbaycanlılar təşkil edir. Ölkənin pul vahidi isə Gürcüstan larisidir.

Bəs Gürcüstan haqqında başqa nələri bilirik?

Hit.az qonşu Gürcüstanla bağlı ən maraqlı 10 faktı təqdim edir:

1. Gürcüstanda təxminən 2 min şirin su bulağı və 22 mineral su yatağı var. 
2. Həmçinin, sözügedən ölkədə 25 mindən çox çay axır.
3. Gürcüstanın paytaxtı Tiflisi bir vaxtlar "Tiflis Müsəlman Əmirliyi" adlanan şəhər-dövlət olub.
4. Dəniz səviyyəsindən 2,3 km yüksəklikdə yerləşən Gürcüstanın Uşquli kəndi Avropanın ən hündür yaşayış məntəqəsi hesab olunur. 
5. Gürcüstanda bir çox hündürmərtəbəli binada liftdən istifadə etmək ödənişlidir. 
6. Gürcü dili dünyanın ən qədim və qarışıq dillərindən biridir. 
7. Gürcü xalq rəqsləri və mahnıları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. 
8. Gürcüstanda evə gələn qonağın ayaqqabısını çıxarması mədəniyyətsizlik hesab olunur.
9. Ölkənin paytaxtı Tiflisin ətrafında tülkü, çaqqal kimi vəhşi heyvanlar yaşayır. Bu isə öz növbəsində paytaxt şəhəri olmasına baxmayaraq, Tiflisi qeyri-adi edən faktlardan biri sayılır. 
10. Gürcüstanda telefon oğurlamağın cəzası 5 il həbsdir. 

Pərviz

0