Yaşınız xeyli artsa da, hələ də uşaqlar üçün cizgi filmlərini izləməyi sevirsiniz?
Psixoloqların fikrinə görə, belə adamlar uşaqlıqlarını doyunca yaşamayan adamlardır.
Hit.az-a açıqlama verən psixoloq Vəfa Seyidova bildirib ki, uşaq filmlərini, nağılları, cizgi filmlərini sevmək əslində yaxşı vəziyyətdir:
“Belə adamlar infantil, yəni uşaqlıqlarını doyunca yaşamayan şəxslərdirlər. Onlar şüuraltı olaraq daxillərindəki uşağın tələbatını ödəyirlər. Çünki onlar üçün uşaqlıq dövrü hələ qapanmayıb. Onlar real həyatda mehriban, qayğıkeş və empatiya duyğusu güclü insanlardırlar. Fantaziyası geniş olan bu nağılsevərlər qəlbi qırılanda, qarşı tərəfdən ağır söz eşidəndə kəskin cavab vermir, içlərinə qapanırlar. İncidilsələr belə, qarşı tərəfdəki insanı incitməyi sevmirlər”,- deyə psixoloq bildirib.
Murad